Ursula fon der Lyayen: ABŞ-nin Avropa İttifaqına qarşı əsassız tariflərinə cavab çox qəti olacaq
Far.Az xəbər saytı

Ursula fon der Lyayen: ABŞ-nin Avropa İttifaqına qarşı əsassız tariflərinə cavab çox qəti olacaq


ABŞ-nin Avropa İttifaqına (Aİ) qarşı əsassız tariflərinə cavab çox qəti olacaq.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen bildirib.

"ABŞ-nin Avropa polad və alüminium ixracatına tariflər tətbiq etmək qərarından dərin təəssüf hissi keçirirəm. Tariflər vergilərdir, bu isə biznes üçün pis, istehlakçılar üçün daha pisdir", - o qeyd edib.

AK sədri vurğulayıb ki, Avropa İttifaqına qarşı əsassız tariflər cavabsız qalmayacaq:

"Onlar qəti və mütənasib əks tədbirlərə səbəb olacaq. Avropa İttifaqı öz iqtisadi maraqlarını qorumaq üçün hərəkət edəcək. Biz işçilərimizi, biznesimizi və istehlakçılarımızı qoruyacağıq".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına 25 faiz gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb. Bu sərəncamdan əvvəl Aİ tərəfindən bildirilmişdi ki, ABŞ Avropa mallarına rüsumlar tətbiq edərsə, ABŞ-nin ən böyük İT şirkətlərinə qarşı cavab tədbirləri görüləcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər