Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir
Far.Az xəbər saytı

Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir


Bakıda sənədsiz evlərlə bağlı problem hələ də həllini gözləyir.

Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir, amma problem hələ də həllini tapmır.

Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır.

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, bu məsələ kifayət qədər çətin və dolaşıq prosesdir.

Onun sözlərinə görə, bu il dövlət başçısının imzaladığı fərmanla 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaranıb. Belə ki, əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə status verilib. Bu da vətəndaşlara əmlaklarını rəsmiləşdirməyə imkanı yaradıb.

Ekspert deyir ki, heç bir sənədi olmayan evlərin isə dövlət qeydiyyatına alınması qanunvericiliklə mümkün deyil. Hazırda bu istiqamətdə dövlət qurumları tərəfindən işlər aparılır və bu heç də qısa sürən proses olmayacaq.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara əsasən, ölkədə qanunsuz tikililərin sayı 600 mindən çoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Evinin sənədi olmayan şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər