Mərkəzi Asiya ölkələri və Azərbaycanın XİN başçıları Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər
Far.Az xəbər saytı

Mərkəzi Asiya ölkələri və Azərbaycanın XİN başçıları Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər


Mərkəzi Asiya ölkələri və Azərbaycanın xarici işlər nazirləri Özbəkistanın paytaxtı Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət ediblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov "X" sosial şəbəkəsində yazıb.

O vurğulayıb ki, Mərkəz regionun ən mühüm mədəni və təhsil layihələrindən biridir.

"Bu möhtəşəm mərkəz xalqlarımızın əsrlər boyu bütün İslam dünyasında elm, fəlsəfə, incəsənət və ilahiyyatın inkişafına verdiyi töhfələri özündə cəmləşdirən misilsiz intellektual irsi təcəssüm etdirir. Bizim səfərimiz bir daha xatırlatdı ki, biz yalnız ortaq tarix deyil, həm də ortaq gələcəyi bölüşürük. Mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və ümumi sivilizasiya irsimizin təbliği regional əməkdaşlığın əsas dayaqları olaraq qalır", – B. Saidov qeyd edib.

Qeyd edək ki, bu gün Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məsləhətçi görüşü keçirilib. Görüşdə Azərbaycanın formatın tamhüquqlu iştirakçısı olması barədə qərar qəbul olunub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər