Azərbaycan hərbçiləri Türkiyədə təlimi başa vuraraq qayıdıblar
Far.Az xəbər saytı

Azərbaycan hərbçiləri Türkiyədə təlimi başa vuraraq qayıdıblar


Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəni təmsil edərək Vətənə qayıdıblar.

Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.

Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

Oxşar xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədə bir sıra hərbi obyektlərdə olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Əlahiddə Ümumqoşun Ordu sürücü axtarır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər