Putin: Rusiya, ABŞ və Çin regional münaqişələrin həllində ortaq maraqlara malikdir
Rusiya, ABŞ və Çinin regional münaqişələrin, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında bir çox ortaq maraqları var.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpinlə üçtərəfli görüşündə bildirib.
Onun sözlərinə görə, üç ölkənin əməkdaşlığı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verə bilər.
V.Putin Çin tərəfinə və şəxsən Si Cinpinə görüşün təşkilinə görə təşəkkür edib.
"Ölkələrimizin regional münaqişələrin, o cümlədən, əlbəttə ki, Ukraynadakı münaqişənin nizamlanmasında bir çox ortaq maraqları var", - ,V.Putin bildirib.
V.Putinin sözlərinə görə, o, bu məsələni ötən gün Si Cinpinlə müzakirə edib, bu gün isə ABŞ Prezidentinin təşəbbüsü ilə tərəflər ikitərəfli görüş zamanı buna xüsusi diqqət yetiriblər.
Bundan başqa, V.Putin Moskvanın, Vaşinqtonun və Pekinin müasir təhdidlərə, xüsusən də beynəlxalq terrorizmə və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə ortaq maraqlarına diqqət çəkib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













