Azərbaycan millilərinin baş məşqçisi: “Avropa çempionatında xatirə medalı idmançısı finala yüksələn yığmaların çalışdırıcılarına verildi"
Xatirə medalı idmançısı finala yüksələn yığmaların baş məşqçilərinə verildi.
Bunu “Far.Az”a açıqlamasında Azərbaycanın yeniyetmə və gənc karateçilərdən ibarət millilərinin baş məşqçisi Anar Allahverdiyev Polşanın Byelsko-Byala şəhərində keçirilən 52-ci Avropa çempionatında ona təqdim edilən xatirə medalı ilə bağlı fikirlərini bildirərkən deyib.
O, bu mükafatın bir neçə komandanın nümayəndəsinə təqdim edildiyini vurğulayıb:
“Xatirə medalı idmançısı finala yüksələn yığmaların baş məşqçilərinə verildi. Bu hədiyyəni təxminən 15-16 ölkənin təmsilçisinə təqdim etdilər. Yarışda ümumilikdə 48 ölkə iştirak edirdi”.
Mütəxəssis millinin Avropa çempionatında göstərdiyi nəticələri qənaətbəxş hesab edib:
“İndiki duruma nəzər salsaq, nəticəni qənaətbəxş hesab etmək olar. Əvvəllər sponsor var idi, idmançılar müxtəlif yarışlara, beynəlxalq turnirlərə gedirdilər. Ona görə də praktika cəhətdən çətinlik yaşamırdılar. Məsələn, ötən il 1 qızıl, 4 bürünc qazanmışdıq. Yüksək nəticələrimiz olub. Həmçinin ötən il 9 ölkə arasında medal sayına görə yeddinci olmuşduq. Ancaq bu dəfə 22-ci yeri tutduq. Bütün idmançılarımızda praktika çatışmazlığı var idi. Ona görə də bir çox hallarda hesabda irəli olduqları döyüşlərdə uduzdular”.
Qeyd edək ki, Azərbaycan millisi Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib
Premyer Liqa klublarının rəsmiləri AFFA İcraiyyə Komitəsinin son qərarlarını müsbət qiymətləndirir - SORĞU
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













