"Sumqayıt"ın basketbolçusu: "Hər şeydən razıyam və burada olduğuma görə şadam"
Hər şeydən razıyam və burada olduğuma görə şadam.
"Far.Az" xəbər verir ki, bunu "Sumqayıt”ın basketbolçusu Eli Lourens klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Amerikalı forvard komandaya uyğunlaşmasından danışıb:
“Sumqayıt”ı çox sevdim. Özümü burada ailənin bir üzvü kimi hiss edirəm. Biz bir ailəyik. Baş məşqçimiz Vadim Kuramşın döyüşkən kollektiv formalaşdırıb. Hər şeydən razıyam və burada olduğuma görə şadam”.
E.Lourens məhsuldarlıq yarışında komanda yoldaşı Zayon Yanqla rəqabətindən də danışıb:
“Aramızda heç bir rəqabət yoxdur. Bura basketbol oynamağa və xal qazanmağa gəlmişik. Həm Yanq, həm də mən meydana çıxıb sadəcə, öz işimizi görürük. Məqsəd qələbə qazanmaq və “Sumqayıt”ı turnir cədvəlində üst sıralara daşımaqdır. Yanqın bir oyunda məndən çox xal toplamasına qıcıqlanmıram”.
Basketbolçu Azərbaycan şəhərləri arasında müqayisə də aparıb:
“Sumqayıtı çox bəyənirəm. Hərçənd Bakı ilə bu şəhər arasında müəyyən fərqlər var. Bakı mənim üçün “kiçik Nyu-York”dur. Bu şəhərdə çox insan yaşayır, daim tıxacda qalırsan. Sumqayıt daha sakit və rahat şəhərdir. Burada həyatdan həzz alıram”.
O, sonda komandanın hədəflərindən danışıb:
“Məqsəd pley-offa yüksəlməkdir. Hər halda, turnir cədvəlində heç də pis mövqedə qərarlaşmamışıq. Qarşıda bizi “Gəncə” ilə oyun gözləyir. Mütləq qalib gəlməliyik”.
Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Basketbol Liqasının B qrupunda 14 turdan sonra 19 xalla dördüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
Culfada kanaldan qadın meyiti tapılıb













