NATO-nun Baş katibi: Türkiyənin müdafiə sənayesinin təməli çox güclüdür
NATO-nun Baş katibi Mark Rütte Türkiyənin müdafiə sənayesinin təməlinin güclü olduğunu bildirib.
“Report” ya istinadən xəbər verir ki, bu barədə alyansın başçısı Müdafiə Nazirləri İclasından öncə mətbuata açıqlamasında bildirib.
“Anadolu” müxbirinin Türkiyənin, alyansın və xüsusilə Avropanın müdafiə sənayesinin gücləndirilməsi və həmçinin yeni ABŞ administrasiyasının gündəmində olan Ukraynada sülhün təmin edilməsi məsələsində oynaya biləcəyi rol haqqında müttəfiq nazirlərə nə kimi mesajlar çatdıracağına dair sualına Rütte belə cavab verib: “Türkiyə müdafiə sənayesinin təməli həqiqətən təsirlidir”.
Rütte yüzlərlə müəssisənin innovasiya sahəsində çalışdığını, Müdafiə Sənayesi İdarəsinin tərkibində minlərlə şirkətin olduğunu bildirərək həm Ankara səfəri zamanı, həm də Brüsseldə müdafiə sənayesi rəisi Haluk Görgün ilə görüşdüyünü xatırladıb.
“Bu həqiqətən önəmlidir və Türkiyədə etdiyiniz işin Avropanın bütün digər müttəfiqləri və ABŞ ilə sıx əməkdaşlıq içində olduğunu bilirəm. Həqiqətən də, Türkiyə sənayesi son məhsullar da daxil olmaqla ən önəmli hissələri tədarük edir. Sizdən sadəcə daha çox iş görməyinizi istəyə bilərik”, – Baş katib söyləyib.
Rütte Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Türkiyə də daxil olmaqla bütün müttəfiqlərdən daha çox və sürətli istehsal gözlədiyini qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Sumqayıtda toyda xəsarət alan kişi ÖLDÜ













