“Liverpul” Mersisayd derbisindən sonra mətbuat konfransında iştirakdan imtina edib
“Liverpul”un baş məşqçisi Arne Slot və onun köməkçisi Sipke Hulshoff oyundan dərhal sonra qırmızı vərəqə almalarına görə mətbuat konfransında iştirak edə bilməyiblər. Baş məşqçinin ikinci köməkçisi Con Heytinqanın da şərh verməyəcəyinə qərar verilib.
“Report” xəbər verir ki, bu barədə nəşri yazıb.
“Everton” ilə qalmaqallı matçın (2:2) son fitindən sonra “Liverpul”un baş məşqçisi Arne Slot açıqlama verə və mətbuat konfransında iştirak edə bilməyib. Slot baş hakim Maykl Oliver ilə mübahisəyə görə qırmızı vərəqə alıb, eyni aqibəti onun köməkçisi Sipke Hulshoff yaşayıb.
İngiltərə Premyer Liqasının reqlamentinə əsasən, qırmızı vərəqə alan məşqçilər media qarşısına çıxmırlar. Klub ikinci köməkçi Heytinqanı mətbuat konfransına göndərə bilərdi, lakin bunu etməməyə qərar verilib.
Beləliklə, “Liverpul” matçdan sonra rəsmi şərhlərdən tamamilə imtina edib. Bunun əvəzinə komandanın kapitanı Vircil van Dayk hakimin işindən narazılığını bildirərək Maykl Oliverin “oyuna nəzarət etmədiyinə” diqqət çəkib.
Slot, Hulshoff və bu matçda qovulan Körtis Cons “Vulverhempton” ilə növbəti oyunu buraxacaqlar, komandanın müvəqqəti məşqçisi isə, ehtimal ki, Heytinqa olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













