MM “e-mühasibat” informasiya sisteminin yaradılmasını birinci oxunuşda təsdiqləyib
Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılması məsələsini birinci oxunuşda qəbul edib.
"Far.Az" xəbər verir ki, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:
- Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;
- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin dekabrın 3-4-dəki plenar iclasında büdcə müzakirələri davam edəcək - YENİLƏNİB
Milli Məclisin payız sessiyası üzrə son plenar iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Hesablama Palatası UNEC-də keçirilən auditin nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Andrey Babiş Azərbaycanda Çexiyaya təbii qaz tədarükünü müzakirə edəcək
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib













