Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi
Dövlət Gömrük Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi haqqında Əsasnamə təsdiqlənib.
Far.Az "Trend"ə isitnadən xəbər verir ki, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ixtisaslaşdırılmış gömrük idarəsi kimi göstərilib.
İdarə qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
İdarə fəaliyyətini Komitə Aparatının struktur bölmələri, Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirəcək.
İdarənin fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:
gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
azad və xüsusi iqtisadi zonalarda gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
gömrük işi sahəsində hüquq-mühafizə fəaliyyətini həyata keçirmək;
qanunvericiliyə uyğun olaraq gömrük ödənişlərinin alınmasını təmin etmək;
qanunvericiliklə müəyyən edilmiş digər fəaliyyət istiqamətlərini həyata keçirmək.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgi açılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib













