Gürcüstan bu il Orta Dəhlizdə yükdaşımaların həcminin artacağını gözləyir
Far.Az xəbər saytı

Gürcüstan bu il Orta Dəhlizdə yükdaşımaların həcminin artacağını gözləyir


2025-ci ilin sonuna qədər Gürcüstandan keçən Orta Dəhlizin ötürücülük qabiliyyəti 27 milyon tondan 48 milyon tona qədər artacaq.

“Far.Az” xəbər verir ki, bunu Gürcüstan iqtisadiyyat nazirinin müavini Quram Quraşvili bildirib.

"Hazırda dəmir yolu xəttinin modernizasiyası layihəsi həyata keçirilir və bu proses ilin sonuna qədər başa çatacaq", - Q.Quraşvili qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə Orta Dəhliz üzrə yük dövriyyəsinin artması gözlənilir: “Gürcüstan yük dövriyyəsinin pik həddində çağırışlara hazır olacaq. Bunun şərti odur ki, 2022-ci ildə Azərbaycan, Qazaxıstan və Türkiyə ilə birgə yolların inkişafı üzrə beşillik plan imzalanıb. Burada illər üzrə problemlərin həlli üçün bütün layihə və tədbirlər qeyd olunub".

Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropaya qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
Prezident: "Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər