Nigeriyada 300 məktəbli oğurlanıb, 50-si qayıdıb
Nigeriyanın qərbindəki katolik məktəbindən terrorçular tərəfindən oğurlanan 300 şagirddən 50-si qaçaraq valideynlərinə qayıda bilib.
Far.Az xəbər verir ki, hadisə noyabrın 20-dən 21-nə keçən gecə Niger ştatında Müqəddəs Mariya Katolik Məktəbində baş verib. Həmin gecə 303 nəfər, o cümlədən 12 müəllim zorla aparılıb.
Oxşar insident əvvəllər Kebbi ştatının Maga bölgəsində baş vermiş və 24 şagird oğurlanmışdı.
Terror aktlarının artması səbəbindən Nigeriya Prezidenti Bola Tinubu xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-da məktəblər təhlükəsizlik məqsədilə bağlanıb və əlavə hərbi və polis qüvvələri göndərilib.
Xatırladaq ki, Nigeriya Xristianları Assosiasiyası noyabrın 23-ünü qaçırılan uşaqların xilası üçün dua günü elan edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













