Astara sakini psixotrop maddə qəbul edərək sükan arxasına keçdi – 30 gün həbs olundu
Far.Az xəbər saytı

Astara sakini psixotrop maddə qəbul edərək sükan arxasına keçdi – 30 gün həbs olundu


Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün "Vaz 21154" markalı nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Far.Az-ə verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır!
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər