Şahin Diniyev: "Qarabağ" "Neftçi" ilə oyunda erkən qol vursa, matçın taleyini tez həll edə bilər"
Far.Az xəbər saytı

Şahin Diniyev: "Qarabağ" "Neftçi" ilə oyunda erkən qol vursa, matçın taleyini tez həll edə bilər"


"Qarabağ" erkən qol vursa, matçın taleyini tez həll edə bilər.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

58 yaşlı mütəxəssis Misli Premyer Liqasının XXIII turunda bu gün baş tutacaq "Neftçi" - "Qarabağ" oyunu haqqında fikirlərini bölüşüb:

"Komandalar hazırda fərqli mövqedədirlər. Ancaq iki böyük klubun qarşılaşması turnir cədvəlində kimin hansı pillədə qərarlaşmasından asılı olmayaraq həmişə derbi sayılacaq. Prinsipial matçdır. Bu oyunu önəmli edən amillərdən biri də azarkeşlərdir. Məhz fanatlar görüşdən əvvəl təzyiqi qaldırırlar".

Ş.Diniyev Azərbaycan derbisinin maraqlı keçəciyini söyləyib: "Təəssüflər olsun ki, hazırda klublar başqa mövqelərdə yer alıblar. Hər ikisi çempionluq uğrunda mübarizə aparmır. Futbol proqnozu sevmir. Oyunda hər şey ola bilər. Bu gün "Qarabağ" kağız üzərində və reallıqda rəqibindən güclüdür. Onların qalib gəlmək şansı daha çoxdur. Lakin "Neftçi" də müsbət nəticəyə nail ola bilər. Son görüşdə "Zirə"ni məğlub etmələri kollektivdə ab-havanı da yüksəldib. "Qarabağ" erkən qol vursa, matçın taleyini tez həll edə bilər. Ancaq "Neftçi' qapısını toxunulmaz saxlasa, əks-hücumlarda təhlükəli olacaq. Proqnoz verməyi xoşlamıram. Amma "Qarabağ" daha şanslıdır".

Qeyd edək ki, bu gün təşkil olunacaq "Neftçi" - "Qarabağ" qarşılaşması saat 19:00-da start götürəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər