Qurban Qurbanov: "Azlıqda qalanda komandanın xarakteri üzə çıxır"
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Azlıqda qalanda komandanın xarakteri üzə çıxır"


“Vacib qalibiyyət əldə etdik. Azlıqda qalanda komandanın xarakteri üzə çıxır”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçularını təbrik edib:

“Oyunçular uduzmaq istəmirdilər. Yaxşı və baxımlı matç alındı. “Neftçi”yə uğurlar arzulayıram”.

O, Kevin Medinanın qırmızı vərəqə alması barədə də danışıb:

“Bu cür qarşılaşmalarda sərt hərəkət etmək olmaz. Fanatlar da nalayiq ifadələr işlədib, bu da təsir edib. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyundur. Futbolun digər gözəlliyi də budur. 10 nəfərlə qalibiyyət əldə etdik”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
"Qarabağ" azlıqda qalsa da, "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər