BƏƏ-də Beynəlxalq Müdafiə Sənayesi Sərgisi başlayıb, Azərbaycan nümayəndə heyəti görüşlər keçirib
Bu gün Əbu-Dabidə 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEX) və 8-ci Beynəlxalq Dəniz Müdafiə Sənayesi Sərgisi (NAVDEX) və konfransları öz işinə başlayıb.
“Far.Az” xəbər verir ki, sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybət ilə görüşüb. M.Heybət həmçinin Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanov ilə də görüş keçirib.
Qeyd edək ki, tədbirlərdə dünyanın böyük müdafiə sənayesi şirkətlərinin təmsilçiləri, tanınmış mütəxəssislər iştirak edir.
Tədbirlər çərçivəsində kibertəhlükəsizlik, kosmosda təhlükəsizlik, müdafiə hazırlığı və s. mövzular müzakirə ediləcək, müdafiədə çevikliyin artırılması, qlobal çağırışlara aktiv cavab verilməsi üçün yeni həllər təqdim olunacaq. Həmçinin yüksək texnologiyaların və beynəlxalq əməkdaşlığın müasir müdafiə sisteminin yenidən qurulmasında rolu müzakirə predmeti olacaq.
IDEX və NAVDEX sərgilərində 65 dövlətdən 1565 şirkət öz məhsulunu nümayiş etdirir. Bu il sərgidə 730-dan çox yeni şirkət iştirak edir.
“IDEX” və “NAVDEX” sərgilərində müdafiə sənayesinə aid 3300-dən çox texnika və məhsul təqdim ediləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var"













