ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaq
Far.Az xəbər saytı

ABŞ-də azərbaycanlılar üçün səyyar konsulluq xidməti təşkil olunacaq


ABŞ-nin Nyu-York şəhərində növbəti dəfə səyyar konsulluq xidməti təşkil olunacaq.

“Far.Az”un ABŞ bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səyyar konsulluq xidməti 22 fevral tarixində baş tutacaq.

Qəbul çərçivəsində Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.

ABŞ-də səyyar konsulluq xidməti Azərbaycan səfirliyi tərəfindən ölkənin müxtəlif şəhər və ştatlarında mütəmadi təşkil olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Səyyar "ASAN xidmət" Xaçmazda fəaliyyətini davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər