Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
Far.Az xəbər saytı

Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"


"Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı kimi qəbul edilib".

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi/geosiyasi və geoiqtisadi birliyə çevrilir. Bu andan etibarən, Mərkəzi Asiya altı ölkə ilə təmsil olunur", - deyə o yazıb.

Paylaşımda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında sənəd də təqdim olunub.

"Azərbaycan tərəfinin müraciəti nəzərdən keçirilərək, Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi qərara alınır", - deyə sənəddə yazılıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər