Vasili Berezutski: "Üst sıralarda qərarlaşan klublara qarşı daha yaxşı çıxış edirik"
Far.Az xəbər saytı

Vasili Berezutski: "Üst sıralarda qərarlaşan klublara qarşı daha yaxşı çıxış edirik"


Turnir cədvəlində üst pillələrdə qərarlaşan komandalara qarşı daha yaxşı çıxış edirik.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Səbail"ə qarşı Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Turnir cədvəlində üst pillələrdə qərarlaşan komandalara qarşı daha yaxşı çıxış edirik. Rəqib komandanın cərimə meydançasına 1-2 dəfə daxil ola bildik. Təəssüf ki, həmin epizodları qola çevirməyi bacarmadıq. Suni meydanda oynamaq da problemlər yaradırdı".

Qeyd edək ki, XXIII turun görüşündə "Sabah" səfərdə "Səbail" ilə heç-heçəyə (0:0) razılaşıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər