Yolların buz bağlaması bazarların işinə necə təsir edib?
Far.Az xəbər saytı

Yolların buz bağlaması bazarların işinə necə təsir edib?


Bir neçə gündür davam edən qarlı, şaxtalı hava bazarlara da təsirsiz ötüşməyib. Satan çox, alan isə əvvəlki həftələrlə müqayisədə azdır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların bəziləri şaxtalı, çovğunlu havanın qiymətlərə az da olsa, təsir etdiyini bildirirlər. Kimisi məhsulu Bakı kəndlərindən, kimisi isə bölgələrdən gətirdiyini deyir.

Bazara, əsasən, bölgələrdən gətirilən ağartı məhsullarının qiyməti dəyişməyib. Onların sözlərinə görə, mövcud hava şəraiti ilə əlaqədar hazırda alıcı qıtlığı yaşandığından məhsulları elə piştaxtada qalıb.

"8-ci kilometr" bazarında Şəmkir və Gədəbəy kartofunun kiloqramı 1 manata satılır. Digər bölgələrdən gətirilən eyni məhsul 80-90 qəpikdən təklif olunur. Ağdam soğanının 1 kiloqramı 80 qəpik - 1 manat, badımcan 1 manat 70 qəpik, düyünün 1 kiloqramının qiyməti 2-5 manat arasında dəyişir. Kənd toyuğunun qiyməti 7-8 manatdır. Ətin qiyməti isə dəyişməyib.

Satıcılar havalar isinəndən sonra bazarlarda əvvəlki aktivliyin müşahidə olunacağını bildirirlər.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda təbii qazın yeni tarifləri müəyyənləşib
"Azəriqaz" abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib
Qiymət çox ucuz olsa da alıcıdan çox satıcı var - Heyvan bazarından
Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər