Şirvanda maşınla xəndəyə düşən ailə xilas edilib
Türkiyədə, Siirtin Şirvan rayonunda qar və çovğun səbəbiylə avtomobilində sıxılmış vəziyyətdə qalan 3 nəfərlik ailə 1 saatlıq iş nəticəsində xilas edilib.
Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasedicilər texnikalar vasitəsilə yolu təmizləyərək ailənin təhlükəli vəziyyətdən çıxmasına kömək ediblər.
Bildirilib ki, Siirtin Şirvan rayonu Özpınar kənd yolunda yağan qar nəticəsində sürücü, həyat yoldaşı və uşağı ilə birlikdə avtomobildə xəndəyə düşərək yolda qalıb. Siirt Quruyolları 94-cü Şöbə Müdirliyinə bağlı qruplar bölgəyə sövq edilərək, qar təmizləmə işləri aparıb. Texnikalar vasitəsilə yolu açan qruplar, 1 saatlıq iş nəticəsində təxminən 5 saat ərazidə xəndəkdə qalmış avtomobildə olan 3 nəfərdən ibarət ailəni xilas edib.
Xilas edilən ailə karayolları qruplarına təşəkkür edib.
Siirt'te köy yolunda mahsur kalan aileyi kara yolları ekipleri kurtardı. pic.twitter.com/nS8Q50Oyit
— Takvim (@takvim) February 25, 2025
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rasim Kara: “Qarabağ”ın “Ayaks”ı məğlub edəcəyinə inanıram"
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













