Bakı-Astara qatarı nə vaxt açılacaq? - Deputatdan TƏKLİF
Hazırda Bakı-Gəncə, Bakı-Ağstafa və Bakı-Balakən qatarları fəaliyyət göstərir. Bakı-Astara qatarı mövcud olsa da, fəaliyyət göstərmir.
Bəs cənub istiqamətinə də qatarların fəaliyyətinin bərpası istiqamətində addımlar atılacaqmı?
BAKU.WS xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Lənkərandan olan deputatı Fariz İsmayılzadə bildirib ki, bu məsələyə regional layihələr çərçivəsində baxılmalıdır:
"Regionumuzda çox böyük nəqliyyat dəhlizləri inkişaf edir. O cümlədən Şimal-Cənub dəhlizi inkişaf etdirilir. Burada Rusiyanın, Azərbaycanın, həm də İranın iştirakı var. Hökumətlərimiz artıq bu layihələr üzrə işləyir. Təbii ki, layihələr icra olunarsa və İrandan Azərbaycana dəmiryolu bağlantısı olarsa, həm də Cənub zonasının iqtisadi inkişafına töhfə verər. Dəmir yolu nəqliyyatı Cənub zonası ilə sürətlə inkilşaf edər. Bu prizmadan baxsaq, regional layihələrin inkişafı əsas məsələsdir. Cənub bölgəsində qatarın istifadəsi olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, bu istiamətdə sərnişin və kargo daşınmalarının miqyası azdır. Ona görə də buna regional layihələr çərçivəsində baxmalıyıq".
Deputat infrastruktur işlərinin sürətləndirilməsini təklif edib:
"Başqa istiqamətlərdə olduğu kimi, burada da işlərin sürətləndirilməsini təklif etmişəm. Azərbaycan hökumətinin dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmiryolu sürətlə modernləşdirildi, onun imkanları artırıldı. Belə modernləşdirmə və infrastruktur işləri Cənub istiqamətində də aparılmalıdır. Buna regional kontekstdə baxsaq, regional layihələrin inkişafı Bakı-Astara dəmiryolunun inkişafına gətirə bilər".
Milli Məclisin digər deputatı Aydın Hüseynov isə vurğulayıb ki, sürət qatarları sərnişinlər üşün ən əlverişli nəqaliyyat növüdür:
"Sürət qatarı həm maliyyə, həm təhlükəsizlik, həm də ekoloji baxımdan çox əlverişlidir. Gəncə və Ağstafa istiqamətində qatarlar fəaliyyət göstərir. Balakən istiqamətində sürət qatarı istifadəyə verilib. Cənub istiqamətində də hesab edirəm ki, sürət qatarlarının istifadəyə verilməsi çox əlverişli olar. Bu, daşınmaya, eləcə də turizmə müsbət töhfəsini verə bilər. Bu baxımdan Cənub istiqamətinə sürət qatarının verilməsi gündəmdə ola bilər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
ABŞ-də DÇ-2026 zamanı 600-dən çox dron tutulub
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir













