İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb
Far.Az xəbər saytı

İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb


İranın strateji liman şəhəri olan Kənarakda Hərbi Dəniz Qüvvələrinin (HDQ) obyekti iki mərhələdə hücuma məruz qalıb.

"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Məhəmməd Yunis Həqqani məlumat yayıb.

"Axşam saatlarında bu ərazi düşmən (ABŞ) qırıcıları tərəfindən iki mərhələdə hücuma məruz qalıb", - o bildirib.

Həqqani əlavə edib ki, təhlükəsizlik qüvvələri hadisə yerindədir:

"Hazırda bu hücumla bağlı araşdırma aparılır."

Daha əvvəl Buşehrdə partlayış səsləri eşidilib, Bəndər Abbas, Qeşm, Sirik və Cask limanlarının hücuma məruz qalması isə təkzib edilib.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib
Azərbaycan HDQ komandanı Pakistanda səfərdə olub
İranın iki şəhərində baş verən partlayışlarda 5 nəfər həlak olub, daha 19 nəfər yaralanıb – YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər