Didye Deşam: "Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur"
Far.Az xəbər saytı

Didye Deşam: "Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur"


Fransa millisi üçün ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Didye Deşam Mərakeşə qarşı DÇ-2026-nın 1/4 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

"Düşünürəm ki, ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur. Lakin bu, yaxşı çıxışımızın məntiqi cavabıdır. Çünki çox güclü futbolçularımız var.

Bugünkü oyun asan keçmədi. Qaçırdığımız penalti və dəyərləndirə bilmədiyimiz qol epizodları işi çətinləşdirdi. Lakin sevindirici məqam ondan ibarədir ki, Kilian Mbappe ruhdan düşmədi və hesabı açdı. Hazırda olmaq istədiyimiz yerdəyik. İndi yaxşı şəkildə bərpa olunacağıq və İspaniya ilə Belçika arasındakı oyunun qalibini – yarımfinaldakı rəqibimizi gözləyəcəyik".

Qeyd edək ki, Fransa millisi Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ
DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər