Yuri Matias xəstə oğluna görə "Neftçi"dən ayrılmaq istəyir
Far.Az xəbər saytı

Yuri Matias xəstə oğluna görə "Neftçi"dən ayrılmaq istəyir


"Neftçi"nin braziliyalı futbolçusu Yuri Matias ailəsindən uzaqda yaşamağın çətinliklərini qatlaşmaq məcburiyyətində qalıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisinin iki övladı olan Matiasın oğlanlarından biri - 5 yaşlı Mateus autizm spektri pozuntusundan (TEA) əziyyət çəkir. Bu səbəbdən Yuri oğlunun müalicəsinin davam etməsi üçün onlardan ayrı qalıb.

Futbolçu bu amilin onu psixoloji cəhətdən çox yüklədiyini bildirib: "Ailədən uzaq qalmaq çox çətindir. Bunu izah edə bilmirəm. Çünki mənə çox təsir edən, incidən məqamdır. Kiçik oğlumun autizmli olması da ayrı bir mübarizədir. Bu, bizim bir yerdə yaşamağımıza mane olur. Onun müalicəsini və inkişafını prioritet tutmalıyam".

Yuri Matiasın həyat yoldaşı Mişel də uşaqların atalarına çox bağlı olduğunu deyib: "Oğlanların Yuri ilə güclü bağları var. O, yanlarında olmayanda, xüsusilə də, autizmdən əziyyət çəkən Mateus üçün vəziyyət daha da çətinləşir. Amma bir yerdə olanda hər şey dəyişir, daha sakit və stressiz olur. Həmişə deyirəm ki, Yuri onların dərmanıdır".

Yazıda o da bildirilib ki, Yuri Matias Braziliyadan təklif alarsa, ailəsi ilə birlikdə yaşamaq üçün geri dönməyi düşünür. Onun "Neftçi" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda bu mehmanxananın fəaliyyəti dayandırılıb
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər