Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər


Martın 6-da xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

Far.Az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azərbaycanla Gürcüstan arasında investisiyalar və ticarət dövriyyəsinin artırılması müzakirə olunub - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan və Gürcüstan XİN başçıları qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB
Azərbaycan və Serbiya XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər