Hondurasda 12 nəfərin öldürülməsindən sonra ölkənin şimalına xüsusi təyinatlı bölmələr göndərilib
Far.Az xəbər saytı

Hondurasda 12 nəfərin öldürülməsindən sonra ölkənin şimalına xüsusi təyinatlı bölmələr göndərilib


Honduras hakimiyyəti silahlı hücumlar nəticəsində 12 nəfərin həlak olmasından sonra şimalda yerləşən Yoro departamentinə dərhal xüsusi təyinatlı bölmələrin göndərilməsi barədə göstəriş verib.

"Report" xəbər verir ki, bu barədə Honduras Prezidenti Nasri Asfuranın administrasiyasının "X" sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Müvafiq qərar ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurasının təcili iclasında qəbul edilib. Yoro departamentinin bir sıra bələdiyyələri və ətraf ərazilər yüksək risk zonası elan edilib.

Bundan əlavə, hakimiyyət "Şeytan karteli" cinayətkar qruplaşmasının başçısı Esteban Qumersindo Ferrera Rodasın saxlanılmasına imkan verəcək məlumat üçün mükafatı 5 milyon lempiraya (təxminən 190 min dollar) qədər artırıb.

Xatırladaq ki, noyabrın 18-də Yorito bələdiyyəsində dörd silahlı hücum nəticəsində azı 12 nəfər həlak olub.

Oxşar xəbərlər

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər