Marşal Zəhra Məmmədli: “Heç bir qorxu hissi yoxdur”
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.
Far.Az xəbər verir ki, nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 68 nəfərini FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri təşkil edir.
Marşal Zəhra Məmmədli təlimlərlə bağlı Far.Az-nın əməkdaşına öz fikirlərini bildirib.
O deyib ki, bu il Formula 1 yarışlarında fəaliyyət göstərəcək:
“Mənim üçün də yeni və ilk təcrübədir. Düşünürəm ki, burdakı praktiki və nəzəri biliklər bizim normal həyatımızda da çox kömək olacaq”.
“Necə oldu ki, marşal olmağa qərar verdiniz” sualına Zəhra xanım belə cavab verir:
“Sözsüz ki, əvvəlcə könüllü olaraq işə başladım. Marşalların işi ilə tanış olduqdan sonra hesab etdim ki, bu cür fəaliyyət mənim üçün çox yararlı olacaq”.
Zəhra Məmmədli onu da deyib ki, heç bir qorxu hissi yoxdur: “Əksinə, çox maraqlı, həyəcanlıdır. Düşünürük ki, professional şəkildə öyrəndiklərimizi həyata keçirə biləcəyik”.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirir - FOTO
FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib - FOTO
FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər













