Elvin Cəfərquliyev dünənki davadan danışdı: "Üzümə zərbə endirdi"
"Mən oraya gedəndə mübahisə düşmüşdü, aralamağa çalışanda Felipe Santos üzümə zərbə endirdi. Mən də yerə yıxıldım".
Far.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra "Teleqraf"a açıqlamasında deyib.
25 yaşlı müdafiəçi matçın 82-ci dəqiqəsində rəqib hücumçu Felipe Santosla aralarında yaranan mübahisədən və baş hakim Kamal Umudlunun ona qırmızı vərəqə göstərməməsinin səbəbindən danışıb:
"Düşünürəm ki, oyun maraqlı keçdi. "Araz-Naxçıvan"ın gücünü bilirdik. Çox yaxşı futbol oynayırlar, keyfiyyətli futbolçuları var. İki fərqli hissə izlədik. İkinci hissədə öz oyunumuzu ortaya qoyduq. Mübahisə epiozodunda mən tərəfdən heç bir kobudluq olmamışdı. Məqsədim dalaşanları uzaqlaşdırmaq idi, başqa niyyətim yox idi. Meydanda yaranan davanın səbəbini bilmirəm. Baş verənlərdən xəbərim yox idi. Əsas odur, qələbə qazandıq. Növbəti oyunlara hazırlaşacağıq".
Qeyd edək ki, "köhlən atlar" 26 oyundan sonra 63 xalla turnir cədvəlinin liderdir. Ağdamlıların ən yaxın qonşusu "Zirə" ilə aralarında 15 xallıq fərq var.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununda ikinci qol vurulub - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













