Bu gün Ağasadıq Gəraybəylinin doğum günüdür
Far.Az xəbər saytı

Bu gün Ağasadıq Gəraybəylinin doğum günüdür


Bu gün Xalq artisti Ağasadıq Gəraybəylinin doğum günüdür.

Ağasadıq Ağaəli oğlu Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində doğulub. Atasını erkən itirib. Şamaxı zəlzələsindən sonra ailə Bakıya köçüb.

Əlisəttar adlı bir kişi onun kimsəsiz olduğunu bilib, öz himayəsinə götürüb. Orta məktəb illərində Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub.

72 illik yaradıcılıq ömründə 200-dən artıq obraz canlandıran Ağasadıq Gəraybəyli Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb.

Ağasadıq Gəraybəylini ilk dəfə filmə Cəfər Cabbarlı dəvət edib. İlk səssiz filmlərimizdən biri olan "Sevil"də ona "Balaş" rolunu təklif edib.

"Bəxtiyar" filmindəki klub müdiri "Ağabala", "O olmasın, bu olsun" filmində "Rüstəm bəy" obrazı aktyora böyük məşhurluq gətirib.

Aktyorun sonuncu rolu "Xurşidbanu Natəvan" tamaşasında yaşlı knyaz obrazı olub.

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu olub.

1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olunub. Yubileydə aktyorun obrazını Rafiq Əzimov canlandırıb.

Oxşar xəbərlər

TÜRKSOY Cəfər Cabbarlının dram əsərlərindən ibarət kitab təqdim edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xalq artisti Əliabbas Qədirovun vəfatından 19 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər