Səudiyyə Ərəbistanı XİN: Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazın inkişafı üçün təməl olacaq
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanı XİN: Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazın inkişafı üçün təməl olacaq


Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

BAKU.WS xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Ər-Riyad bu sazişin Cənubi Qafqazda sabitlik və inkişafın yeni mərhələsi üçün təməl olacağına ümid edir.

"Krallıq beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, həmçinin inkişaf və rifah üçün şəraitin yaradılmasına yönəlmiş bütün səylərə dəstəyini təsdiqləyir", - bəyanatda qeyd olunub.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi həmçinin münaqişələrin sülh yolu ilə həllinə və beynəlxalq ictimaiyyətin rifahı naminə diplomatik təşəbbüslərin davam etdirilməsinə sadiqliyini təsdiqləyib.//Report.az

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər