Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq
Far.Az xəbər saytı

Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq


Türkiyə və Azərbaycanla, eləcə də Gürcüstan və İranla enerji əməkdaşlığının inkişaf etdirilməsi Ermənistanın energetika sisteminin dayanıqlığını artıracaq.

"Far.Az"un məlumatına görə, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan bunu ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Kostanyan qeyd edib ki, təcrid siyasəti Ermənistan üçün faydalı deyil. Onun sözlərinə görə, enerji əlaqələrinin genişləndirilməsi əlavə iqtisadi fayda verə və energetika təchizatının etibarlılığını artıra bilər.

Türkiyə və Azərbaycanla əməkdaşlıqdan danışan xarici işlər nazirinin müavini izah edib ki, ilkin mərhələdə enerji sistemlərinin ada prinsipləri ilə birləşdirilməsi nəzərdən keçirilir. Gələcəkdə onların tam sinxronlaşdırılması mümkündür ki, bu da Ermənistanın enerji sisteminin Avropa texniki standartlarına uyğunlaşdırılmasını tələb edəcək.

"Türkiyə yüksək texniki və tənzimləyici standartlara uyğun olan Avropa enerji məkanının bir hissəsidir. Bu, yalnız Türkiyə ilə sinxronizasiya deyil, həm də Avropa enerji məkanına qoşulmaq deməkdir", - Kostanyan vurğulayıb.

O xatırladıb ki, Ermənistan artıq Gürcüstanla enerji infrastrukturunun inkişafı layihələrini həyata keçirir və İranla üçüncü elektrik ötürücü xətti çəkir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər