İsrail, Azərbaycan və ABŞ əməkdaşlığı: Ermənistan üçün arzuolunmaz ssenari
Far.Az xəbər saytı

İsrail, Azərbaycan və ABŞ əməkdaşlığı: Ermənistan üçün arzuolunmaz ssenari


İsrail, Azərbaycan və ABŞ arasında mümkün üçtərəfli əməkdaşlıq Ermənistan üçün arzuolunmazdır.

Bunu erməni politoloq Arman Qriqoryan deyib.

Onun sözlərinə görə, Azərbaycanla İsrail arasında əməkdaşlığın böyük tarixi var, iki ölkə arasında sıx əlaqələr qurulub:

"İndi də İsrailin ABŞ-dəki ciddi təsir imkanları nəzərə alınaraq, Azərbaycanın da iştirakı ilə bu əməkdaşlığın üçtərəfli formata çevrilməsinə çalışılır. Bu, Ermənistanın maraqlarına uyğun deyil və onun üçün son dərəcə arzuolunmaz ssenaridir".

Qriqoryan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun ötən həftə Azərbaycana baş tutan səfəri ilə bağlı qeyd edib: "Trampın xüsusi elçisinin Bakıya səfərinin təşəbbüskarı İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ, İsrail və Azərbaycan arasında koalisiya yaratmaqda maraqlı olan yəhudi dövlətindəki dini qrupların liderləridir. Məqsəd Bakının İbrahim sazişlərinə daxil edilməsidir".

Politoloq həmçinin hesab edir ki, ABŞ Prezidenti Donald Trampın nümayəndəsinin Bakıya səfəri İsrail, Amerika və Azərbaycanın koordinasiyalı addımıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər