"Qarabağ" bu futbolçusuna "qapını göstərdi": özünə komanda TAP!
Far.Az xəbər saytı

"Qarabağ" bu futbolçusuna "qapını göstərdi": özünə komanda TAP!


2021-ci ildən "Qarabağ"ın formasını geyinən Marko Veşoviç 3 ölkədən təklif alıb.

BAKU.WS Sportinfo.az-a istinadən xəbər verir ki, müqaviləsi yayda bitəcək müdafiəçi Polşaya qayıda bilər.

Monteneqrolu legionerlə Yunanıstan və Kipr klubları da yaxından maraqlanır. Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra onunla da vidalaşmaq qərarına gəlib.

Ağdam təmsilçisi artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Monteneqro yığmasının futbolçusuna özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.

Ölkəmizə Polşadan gələn "Legiya"nın sabiq kapitanı bir ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
“TAP AG” hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər