Bu gün Beynəlxalq Daun Sindromu Günüdür
Bu gün - martın 21-i Beynəlxalq Daun Sindromu Günüdür.
BAKU.WS xatırladır ki, ilk dəfə İspaniyanın Balear adaları Muxtar Respublikasının paytaxtı Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və Ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.
Daun sindromlu uşaqlarda məhdud anlama bacarığı problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür. Daun sindromu ilə doğulan məşhur aktyorlar, rəssamlar və digər sənət sahibləri var.
Daun sindromu 21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) nəticəsində yaranan xəstəlikdir. Sindrom 1866-cı ildə aşkar edilib. İngilis həkimi Con Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb.
Daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. Bu sindroma, əsasən, 35 yaşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. 35-40 yaşlı hər 400 qadından 1-i Daun sindromlu uşaq dünyaya gətirə bilər. 40-45 yaşlı hər 80 qadından 1-inin övladı Daun sindromlu doğula bilər.
Dünyaya gələn hər 700 uşaqdan birində bu sindromun əlamətlərinə rast gəlinir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Sənubər İsgəndərli: Sənətdən başı çıxmadan rəy vermək divanda oturub Messiyə irad tutmağa bənzəyir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU
-
Prezident: "Kommunikasiya texnologiyaları qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib"
-
2026 - "Alovlu qırmızı at" ili ilə bağlı ŞOK PROQNOZ - Hansı bürcləri uğur, hansılarını çətinliklər gözləyir?













