Azərbaycan millisinin Haiti ilə qarşılaşması üçün start heyəti açıqlandı
Far.Az xəbər saytı

Azərbaycan millisinin Haiti ilə qarşılaşması üçün start heyəti açıqlandı


Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Haiti yığmalarının start heyətləri açıqlanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Ozan Can Kökcü, Coşqun Diniyev, Nəriman Axundzadə, Mahir Emreli, Toral Bayramov;

Haiti: Pyerr, Eksperiens, Ade, Düvern, Arkus, Jan-Yaskes, Pyerr, Attis, Pyerro, Don Dedson, Nazon.

*** 09:40

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.

22 mart

21:45 Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta

Dördüncü hakim: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Millətlər Liqası: İsveç və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər