Azərbaycan millisi Haitiyə məğlub olub
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.
Far.Az report-a istinadən xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.
Rəqibin heyətində Frantsdi Pyerro (9, 63) dubl müəllifi olub. Digər qolu isə Jan Jak (83) aktivinə yazdırıb.
Millimizin heyətində 84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus seçməsini sınağa çəkəcək.
*** 23:26
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində üçüncü qol vurulub.
Far.Az report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 3:0 hesabı ilə öndədirlər.
83-cü dəqiqədə Jan Jak dəqiq zərbə müəllifi olub.
*** 23:06
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci qol vurulub.
Far.Az report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 2:0 hesabı ilə öndədirlər.
63-cü dəqiqədə Frantsdi Pyerro dubl müəllifi olub.
22:48
*** 22:48
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci hissə başlayıb.
Far.Az report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.
9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.
*** 22:32
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ilk hissə başa çatıb.
Far.Az report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.
9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.
*** 21:55
Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində hesab açılıb.
Far.Az report-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabda irəli çıxıblar.
9-cu dəqiqədə Pier adını tabloya yazdırıb.
*** 21:50
Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Haiti ilə qarşılaşır.
Far.Az report-a istinadən xəbər verir ki, görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilir.
Matçı Türkiyəli baş hakim Kadir Sağlam idarə edir.
*** 21:01
Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Haiti yığmalarının start heyətləri açıqlanıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Ozan Can Kökcü, Coşqun Diniyev, Nəriman Axundzadə, Mahir Emreli, Toral Bayramov;
Haiti: Pyerr, Eksperiens, Ade, Düvern, Arkus, Jan-Yaskes, Pyerr, Attis, Pyerro, Don Dedson, Nazon.
*** 09:40
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.
Far.Az report-a istinadən xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.
Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Matç saat 21:45-də start götürəcək.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.
22 mart
21:45 Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta
Dördüncü hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan - Haiti oyununda ilk hissə başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb













