Ulduz futbolçu həbsxanada televizor təmir edir
Far.Az xəbər saytı

Ulduz futbolçu həbsxanada televizor təmir edir


Braziliya yığmasının keçmiş futbolçusu Robinyo həbsxanada televiziya və radio avadanlıqlarının təmiri ilə məşğul olur.

Far.Az "Report"a istinadən xəbər verir ki, sabiq milli üzvü avadanlıqların təmiri ilə yanaşı, həbsxana bağçasına da qulluq edir.

İdmana da vaxt ayıran forvard, həmçinin 10 təlim modulunu uğurla başa vurub. Digər məhbuslarla yaxşı münasibət saxladığı bildirilən Robinyo, oxu klubunun da üzvüdür.

Karyerası ərzində Braziliya millisində 100 oyun keçirən ön xətt oyunçusu, iki dəfə dünya çempionatında iştirak edib, həmçinin Amerika Kubokunu (2007) və Konfederasiyalar Kubokunu (2005 və 2009) qazanıb.

Qeyd edək ki, Robinyo 22 yaşlı qadına təcavüz ittihamı ilə 2024-cü ildə həbs olunub. Ona 9 il müddətinə həbs cəzası verilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər