Matç zamanı BİABIRÇILIQ - VAR hakimi saytda mərc edərkən yaxalandı
Far.Az xəbər saytı

Matç zamanı BİABIRÇILIQ - VAR hakimi saytda mərc edərkən yaxalandı


Bolqarıstan liqasında VAR referi köməkçisi futbol çempionatının matçı zamanı mərc saytına baxarkən yaxalanıb.

Far.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilib ki, hadisə aprelin 2-də Bolqarıstan çempionatının 27-ci turunun CSKA Sofiya - "Lokomotiv" matçında (1:0) baş verib. Matçın başlamasına bir neçə dəqiqə qalmış televiziyada VAR referi köməkçisi Stoyan Arsovun mərc saytlarından birində bukmeker kontorunun xəttinə baxmaq üçün smartfondan istifadə etdiyi an çəkilib.

Bolqarıstan Futbol İttifaqının Hakimlər Komitəsinin rəhbəri Stanislav Todorov insidentdən sonra açıqlama verib. O, bildirib ki, Arsov çempionatın hakimlər sisteminə daxil deyil və VAR-ın fəaliyyətinə cavabdeh olan üçüncü tərəf şirkətin əməkdaşıdır.

"Bolqarıstan Futbol İttifaqı bu şəxsə qarşı tədbir gördü. Məlumat araşdırılması üçün aidiyyatı orqanlara göndərilib. Demək istəyirəm ki, o, VAR-a cavabdeh olan şirkətin əməkdaşıdır və BFS və hakimliklə heç bir əlaqəsi yoxdur. Bizim də bu şəxs qarşısında heç bir öhdəliyimiz yoxdur", - deyə Todorov bildirib.

Qeyd edək ki, Arsov video assistent kimi debütünü 2024-cü ilin iyulunda edib. O, bu vəzifədə 11 matçda, o cümlədən Bolqarıstanın yüksək liqasında 6 oyun keçirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qatarların sürətinə dair YENİ MƏHDUDİYYƏTLƏR
FTB Trampın qələbəsini proqnozlaşdıran bukmeker agentliyinin rəhbərinin evini axtarıb
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər