Bakıda söküntü aparılacaq ərazilərdəki 72 mədəni-tarixi abidənin taleyinə aydınlıq gətirilib
Bakıda söküntüsü nəzərdə tutulan ərazilərdə 72 tarix və mədəniyyət abidəsi yerləşir.
Far.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Bakıda söküntü aparılacaq ərazilərdə neçə mədəni-tarixi abidə var?
"Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bir sıra yaşayış binaları olan memarlıq abidələrinin Mərkəzi Parkın növbəti hissəsinin salınması ilə bağlı söküləcəyi barədə səsləndirilən fikirlərlə əlaqədar, bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən Bakı şəhəri Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri arasında 72 tarix və mədəniyyət abidəsi yerləşir", – açıqlamada bildirilib.
Qeyd olunub ki, sözügedən məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə vətəndaşlar tərəfindən də müraciətlər daxil olub:
Hər hansı tarixi abidənin sökülməsi nəzərdə tutulmur
"Məsələ aidiyyəti dövlət orqanları ilə birgə yerində araşdırılıb, müzakirələr aparılıb. Dövlət Xidməti tərəfindən tarixi abidələrlə bağlı müvafiq məlumatlar aidiyyəti üzrə təqdim olunub. Həmin abidələr dövlət mühafizəsindədir və hər hansı tarixi abidənin sökülməsi nəzərdə tutulmur".
Oxşar xəbərlər
Görkəmli Azərbaycanlılar Panteonu: dostluq rəmzi - Tbilisi Botanika Bağından REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib













