"Kəpəz" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 2,122 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 14,3 % çoxdur.
Ötən il "Kəpəz"in vergiyəqədərki mənfəəti 2,652 milyon manat (əvvəlki ilə nisbətən 13,4 % çox), mənfəət vergisi ödəmələri isə 531 min manat (10,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Kəpəz"in aktivləri 14,787 milyon manat olub ki, bu da illik müqayisədə 22,1 % çoxdur. Bunun 12,238 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 14,7 % böyüyüb.
Hesabat dövründə "Kəpəz"in öhdəlikləri 8,2% artaraq 7,352 milyon manata, balans kapitalı isə 39,9 % artaraq 7,436 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,5 dəfə artaraq 5 milyon manata çatıb.
Xatırladaq ki, "Kəpəz" 2013-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100 % Əbülfəz Əliyevdir.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"M Bulak" BOKT-un xalis mənfəəti 40 %-ə yaxın azalıb
"TCF" BOKT-un aktivləri 2 dəfədən çox azalıb
"Bank VTB Azərbaycan"ın depozit portfeli 11 %-ə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













