Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
Azərbaycan Milli QHT Forumu (AMQF) 2 illik fəaliyyətinə və qarşıdakı planlarına dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.
"Far.Az xəbər verir ki, yığıncaqda çıxış edən AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, mayın 14-də 130 ölkədən QHT-lər Bakıya gələcək.
Onun sözlərinə görə, bu gün AMQF Ekvadordan İndoneziyaya, Meksikadan Okeaniyaya qədər geniş arealı əhatə edən Qlobal Cənub məkanında, o cümlədən böyük türk coğrafiyasında fəaliyyət göstərir: "AMQF yüzlərlə xarici QHT ilə tərəfdaşlıq münasibətlərinə malik, qlobal və regional təşəbbüsləri ilə tanınan nüfuzlu milli təşkilatdır. Etiraf etməliyik ki, bir neçə il əvvələ qədər Forumun adı heç Azərbaycanın özündə yetərincə tanınmırdı. Biz bu gün tam fərqli mənzərədəyik. Bu yüksəliş böyük zəhmət və ardıcıl fəaliyyətin nəticəsidir. Azərbaycan QHT-ləri bu gün dünya ilə danışır".
R.İskəndərli vurğulayıb ki, Azərbaycan Milli QHT Forumu "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində bu qlobal tədbirin əsas təşkilatçılarından biridir. Baş Assambleyada Platformanın Baş katibi, onun Asiya, Afrika, Latın Amerikası, Avstraliya və Okeaniya üzrə 4 müavini seçiləcək: "Hazırda bu Platformaya Azərbaycan uğurla rəhbərlik edir, təsisatın daimi qərargahı da Bakıda yerləşir".
AMQF İdarə Heyətinin üzvləri - deputat Pərvanə Vəliyeva və deputat Azər Allahverənov vurğulayıblar ki, 8 ölkədən vətəndaş cəmiyyəti təmsilçiləri ilə türk dünyasının məsələlərinə dair geniş müzakirələr olacaq. Bu regional tədbir çərçivəsində Azərbaycanla Şimali Kipr, Qırğızıstan və Türkmənistan vətəndaş cəmiyyəti təmsilçiləri arasında ikitərəfli QHT forumları da baş tutacaq.
AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli Azərbaycan Milli Forumunun yerli QHT-lərin institusional inkişafında mühüm mərkəzə çevrildiyini deyib.
Təşkilatın üzvü Xatirə Vəliyeva isə bildirib ki, QHT-lərin fəaliyyət miqyası və əldə etdiyi nəticələr genişləndikcə, bu sektora olan ictimai etimadın da paralel şəkildə artdığı müşahidə olunur. X.Vəliyeva onu da vurğulayıb ki, Forum üzvləri WUF13-ə də ciddi hazırlaşıb.
Yığıncaq müzakirələrlə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













