"Euronews" telekanalı Azərbaycandakı mina problemindən bəhs edib
Avropanın informasiya kanalı "Euronews" Avropada mina probleminə həsr olunmuş reportaj hazırlayıb. Materialda Azərbaycana böyük diqqət ayrılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, reportaj 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə təsadüf edir.
Materialda vurğulanıb ki, Azərbaycan, Bosniya və Herseqovina, Ukraynada münaqişələr səbəbindən Avropada da mina problemi mövcuddur.
Reportajda mina partlayışı nəticəsində yaralanan Həsənəli Əliyevin, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələrinin sözləri təqdim edilir.
"Minaya düşən zaman 23 yaşım var idi", - Həsənəli Əliyev bildirib. Hadisə nəticəsində onun ayağı amputasiya edilib.
BMT-nin məlumatına görə, dünyada orta hesabla hər saat bir nəfər mina partlayışı nəticəsində həlak olur və ya yaralanır, qurbanlar arasında tez-tez uşaqlar və gənclər də olur.
Telekanal qeyd edib ki, Azərbaycan hökuməti minalara qarşı mübarizə üzrə aktiv proqram həyata keçirir, həmçinin əhalinin bu problem barədə məlumatlılığını artırır.
"Minaların zərərsizləşdirilməsi, həmçinin azad edilmiş ərazilərin yenidən qurulması və bərpası - həlli uzun müddət tələb edən məsələdir", - "Euronews" ANAMA-nın metodologiya və təlim şöbəsinin rəhbərinin sözlərini təqdim edib.
Reportajda qeyd olunub ki, mülki şəxslər, xüsusən Həsənəli Əliyev kimi müharibədən zərər çəkmiş regionlarda yaşayanlar arasında mina təhlükəsi haqqında maarifləndirmə işinin davam etdirilməsinə ehtiyac var.
"Euronews" qeyd edib ki, ekspertlərin qiymətləndirmələrinə görə, dünyanın 64 ölkəsində 10 milyona qədər mina quraşdırılma ehtimalı var və hər il ərazilərə daha 2-5 milyon yeni qurğu yerləşdirilir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib
-
Bakı metrosunun stansiya rəisi ÖLÜB













