ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər
Far.Az xəbər saytı

ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər


Vaşinqton administrasiyası Çinin qarşısının alınması təşəbbüsünün həyata keçirilməsi üçün 2027-ci maliyyə ilində ABŞ Konqresindən 12 milyard dollar istəyib.

"Far.Az" xəbər verir ki, bu, ABŞ Müharibə Nazirliyinin 2027-ci il üçün büdcə layihəsinə əlavə edilmiş sənədlərdən məlum olur.

Belə ki, ABŞ administrasiyası Pentaqon xətti ilə konqresdən "Sakit okean zonasında qarşısının alınması təşəbbüsü"nə 11,7 milyard dollar istəyib.

"Prezident (ABŞ, Donald) Trampın Çinlə sabit və ədalətli münasibətlərə malik olmaq məqsədini dəstəkləmək üçün ABŞ Müharibə Nazirliyi hərbi sahədə Hind və Sakit okeanı regionlarında qüvvələr balansı üçün şərait yaradacaq. Biz buna birinci ada xətti boyunca girişi məhdudlaşdıran möhkəm müdafiə xəttinin qurulması, eləcə də müttəfiqlərlə kollektiv təhlükəsizliyin gücləndirilməsi hesabına nail olacağıq", - sənədlərdə vurğulanır.

Pentaqonun iddialarına görə, bu strategiya Çinin dominantlığına mane olmağa, Hind və Sakit okeanı regionlarında qüvvələr balansını təmin etməyə və ABŞ-nin danışıqlarda əlverişli mövqe əldə etməsinə yönəlib.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər