İƏT-in Baş katibi: Azərbaycan region üçün istiqamətverici rol oynayır
Far.Az xəbər saytı

İƏT-in Baş katibi: Azərbaycan region üçün istiqamətverici rol oynayır


Azərbaycan region üçün istiqamətverici rol oynayır.

Bunu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan bildirib.

Onun sözlərinə görə, dünya, təəssüf ki, iqlim dəyişikliyi və ətraf mühit problemləri ilə üz-üzədir – səhralaşma, torpaqların deqradasiyası, daşqınlar, quraqlıq və digər problemlər – bu kontekstdə Azərbaycanın COP prosesinə rəhbərlik etməsi və bu sahədə formalaşan təcrübəni region ölkələri ilə bölüşməsi İƏT üçün böyük əhəmiyyət kəsb edir: "Bu baxımdan, biz Azərbaycanın bundan sonrakı roluna da böyük ümid bəsləyirik və onun region üçün istiqamətverici rol oynayacağına inanırıq".

Baş katib qeyd edib ki, Azərbaycan İƏT çərçivəsində çox fəal və töhfə verən dövlətlərdən biridir: "Təşkilatın son – 17-ci Zirvə Toplantısı Azərbaycanda keçirildi. Bu, tarixi zirvə idi, çünki biz İƏT institutlarının bütün ailəsini bir araya gətirə bildik və eyni zamanda, rəhbərlikdən mühüm istiqamətləndirici tövsiyələr aldıq".

İƏT Baş katibi əlavə edib ki, regionda mövcud olan çətinliklərə baxmayaraq, üzv dövlətlər 29 aprel tarixində Şuşa şəhərində keçiriləcək İƏT Turizm Nazirlərinin iclasını səbirsizliklə gözləyir: "Mən də şəxsən bu tədbirdə iştirak edəcəyəm. Bu görüş xüsusilə əhəmiyyətlidir, çünki Şuşa şəhəri rəsmi olaraq 2026-cı il üçün İƏT Turizm Paytaxtı elan ediləcək. Eyni zamanda, Azərbaycan Şuşa ilə bağlı tədbirlər təqvimi təqdim edəcək və şəhərin İƏT-in turizm paytaxtı kimi tanıdılması istiqamətində geniş təşviqat aparacaq".

Ə.M.Xan əlavə edib ki, Azərbaycan İƏT çərçivəsində turizm sahəsində də fəal rol oynayır. Xüsusilə, İƏT İpək Yolu turizm layihəsi təşəbbüsü bu baxımdan diqqətəlayiqdir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər