İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 28 kiloqram 118 qram narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, 2 nəfər saxlanılıb.
Mart ayının 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Aprel ayının 6-da dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri - 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlham oğlu saxlanılıb.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Qalereya
Oxşar xəbərlər
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ
İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 8 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 22 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













