Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldıldı: Sərnişinlərin etirazına səbəb oldu
Far.Az xəbər saytı

Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldıldı: Sərnişinlərin etirazına səbəb oldu


Bu gün Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən ekspres tipli qatarda böyük sıxlıq yaranıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sıxlıq Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatıb.

Bildirilib ki, buna səbəb qatarın vaqonlarının sayının xeyli azaldılaraq 11-dən 7-yə salınması olub.

Bu isə sərnişinlərin narahatlıq və etirazına səbəb olub.

Əlavə olaraq, Sumqayıtdan Xırdalan yolu ilə Bakı istiqamətində sürət qatarlarında vaxtilə 07:25, 07:35, 07:45, 08:00 kimi reyslər olsa da, hazırda onlar da ləğv edilib.

Onların əvəzində saat 07:20-dən 08:12-dək olan intervala 2 ədəd vaqonları azaldılmış və hər stansiyada dayanması səbəbindən böyük sıxlıq yaranan köhnə tipli ekspres qatarları fəaliyyət göstərir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Abşeron dairəvi dəmiryol marşrutu üzrə reyslərin sayı 92-yə çatdırılıb
Bakı-Sumqayıt qatarının sərnişinlərinin NƏZƏRİNƏ - Sabahdan qrafik dəyişir
Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub - YENİLƏNİB
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların YENİ QRAFİKİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər