Kursant Seymur Ağamalıyev: "C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib"
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil edilib.
Mediatur zamanı Hərbi lisey heyəti burada kursantlar üçün yaradılan mükəmməl tədris şəraiti barədə məlumat verib. Onlardan biri də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kapitanı Elgün Mustafazadədir.
O BAKU.WS-ə açıqlamasında bildirib ki, burada şagirdlər müasir kitabxanalar və elektron lövhəli siniflər vasitəsilə öz bilikləri daha yaxşı fırmada təkmilləşdirirlər:
"Burada tədris müddəti 2 ildir, 10-cu və 11-ci sinifləri əhatə edir. Həmin müddət ərzində şagirdlərə Azərbaycan dili, riyaziyyat, informatika, ümumi tarix, Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, idman və çağrışaqədərki hazırlıq fənləri tədris olunur. Kursantlar burada idman hazırlığı ilə məşğul olurlar. Kitabxanalarımız, elektron lövhəli siniflərimiz var, kursantlar hər hansı bir elektron məlumatları toplayan məlumat edirlər".
Mediatur zamanı kursant Vaqif Balayev BAKU.WS-ə açıqlamasında bildirib ki, bu Hərbi Liseydə təhsil almaq fəxrdir, qürur mənbəyidir:
"Dahi Lider Heydər Əliyevin yaratdığı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseydə təhsil almaq fəxrdir, qürur mənbəyidir. Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı, eləcə də, Müdafiə Nazirliyinin daimi nəzarəti sayəsində burada bizim təhsil almamız, zabit peşəsinə gedən yolda ilk addımlar atmaq üçün bütün şərait yaradılıb".
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin birinci kursunda təhsil alan Seymur Ağamalıyev isə BAKU.WS-ə açıqlamasında kursantların bir gününü necə keçirdiyindən danışıb:
"Bizim burada bir günümüz əsasən tədris, fiziki hazırlıq və digər müstəqil hazırlıqlarla keçir. Səhər oyandıqdan sonra yemək yeyir, daha sonra tədrisə gedirik. Tədrisdən sonra isə fiziki hazırlıq məşqlərində iştirak edirik. Biz burada gündə dörd dəfə isti yeməklə təmin olunuruq. Eyni zamanda dövlət tərəfindən aylıq müavinət, geyim və keyfiyyətli təhsillə təmin edilirik. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. Bu lisey illərdir Vətənə sədaqətli, peşəkar və intizamlı zabitlər yetişdirən müqəddəs bir ocaqdır. Bu gün isə həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi altında Azərbaycan Ordusu daha da güclənmiş və müasir dövrün ən güclü ordularından birinə çevrilmişdir".
Daha sonra mediatur iştirakçıları tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi, tibb məntəqəsi və digər inzibati binalarda olub, burada kursantlar üçün yaradılmış şəraitlə tanış olub, çəkilişlər aparıblar.
Oxşar xəbərlər
Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Lisey rəisi: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Bakıda keçiriləcək UFC turnirinin biletləri mayın 15-də satışa çıxarılacaq
-
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
-
Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR













