TÜRKPA rəsmisi: TDT ölkələrinin QHT-ləri beynəlxalq münasibətləri dərinləşdirən əsas amillərdir
TDT ölkələrinin qeyri-hökumət təşkilatları (QHT) beynəlxalq münasibətləri dərinləşdirən əsas amillərdir.
"Far.Az" xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Məhəmməd Alpər Xəyali Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin QHT-lərinin II Həmrəylik Forumunda deyib.
"Bu gün Türk dünyası artıq yalnız mədəni birlik deyil, həm də siyasi, iqtisadi, akademik və ictimai əməkdaşlığı gücləndirən çoxşaxəli inteqrasiya prosesini yaşayır", - o bildirib.
M.Xəyalinin sözlərinə görə, bu əməkdaşlığın gücləndirilməsində parlament strukturları xüsusilə mühüm rol oynayır:
"Bu kontekstdə TÜRKPA Türk dünyasında ümumi siyasi baxışın formalaşmasına, qanunvericilik təcrübəsinin mübadiləsinə və qardaş ölkələr arasında institusional dialoqun gücləndirilməsinə mühüm töhfə verir".
Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra ABŞ-nin sabiq dövlət katibi Henri Kissincerin "bütöv bir Türk dünyası doğulacaq" ifadəsi uzun illər ərzində yalnız potensial proqnoz kimi qəbul edilib və birlik ideyası heç vaxt tam olaraq reallaşmayıb:
"Lakin bu gün Türk dövlətləri ümumi diplomatiya, iqtisadi əməkdaşlıq, müdafiə potensialı və institusional inkişaf sayəsində artıq tamamilə fərqli bir reallıq nümayiş etdirirlər".
M.Xəyali qeyd edib ki, TDT ölkələri hər zaman sülhün tərəfdarı olublar, bununla yanaşı, öz maraqlarını müdafiə etmək üçün kifayət qədər gücə və potensiala malikdirlər.
Oxşar xəbərlər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Şəfa" I Liqada çempionluğu və Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib
-
AzTV məşhur emalatxanası ilə bağlı qərar verdi
-
WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib
-
Rafael Fiziyev: "Bakıda döyüşəcəyim üçün şadam"
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub













